İlin sonuna 6 modul məktəb tikiləcək 

10:03 10.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin sonuna qədər daha 6 modul tipli məktəb istifadə üçün təhvil veriləcək.

 

Hafta.az xəbər verir ki, bunu "Trend" Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev deyib.

 

O bildirib ki, hazırda həmin məktəblərin quraşdırılması istiqamətində işlər davam edir.

 

"Bu il plana əsasən, 31 modul tipli məktəb tikilməli idi. Onlardan 25-i artıq hazırdır, digər 6-sının tikintisi aparılır. İlin sonuna qədər işlər yekunlaşdırılacaq. Növbəti ildə də modul tipli məktəblər tikiləcək. Neçə məktəbin tikiləcəyi ilə bağlı əlavə məlumat veriləcək. Qeyd edim ki, 2016-2020 illərdə 353 modul məktəb quraşdırılıb", - F.Əliyev qeyd edib.